31 Okt 2020
181 baxış
Dünya

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı artır - YENİLƏNİB+


Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
Hazırda xəstəxanalarda 220 nəfərin müalicəsi davam etdirilir.
21:25
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.
17:18
İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 885 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 28-ə çatıb. Üçü xüsusilə ağır olmaqla, yeddi nəfər reanimasiyada müalicə alır.
12:35
İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. 100 nəfər dağıntılar altından xilas olunub.
06:48
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaranan dağıntılar səbəbindən araşdırmalara başlanılıb. 
Bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib. 
Bundan başqa, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, dağıntılar meydana gələn 8 binada axtarış-xilasetmə işləri yekunlaşıb, 9 binanın dağıntıları altından insanların çıxarılması işi davam edir.
06:09
İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Hadisə nəticəsində ölənlərin sayı 24-ə, yaralıların sayı 804-ə çatıb. 
03:15
İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bununla bağlı Türkiyənin Səhiyyə naziri Farhettin Koca “Twitter” hesabında məlumat yayıb. 
O bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb:
“Yaralılardan 435 nəfərinin müalicəsi davam etdirilir. Onlardan 25-nin vəziyyəti ağırdır, doqquzunun əməliyyatı davam edir. 364 nəfərin isə müalicəsi başa çatıb və xəstəxanadan buraxılıb”.
02:57
İzmir şəhərində baş verən zəlzələ nəticəsində baş vermiş dağıntıların altından daha 13 nəfər yaralı halda xilas edilib. 
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə ölənlərin sayı 20, yaralıların sayı isə 799 nəfərdir.
01:46
İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 20-ə, yaralıların sayı 786-a yüksəlib
01:25
İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 763 nəfərə çatıb. Təbii hadisə zamanı habelə daha 17 nəfər ölüb.
00:17
İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 17-ə, yaralıların sayı 709-a yüksəlib
23:34
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb.
21:02
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralıların sayı 419-a yüksəlib.
Qurumdan həmçinin 17 binada axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub.
20:17
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
19:18
Türkiyədə baş vermiş zəlzələ nəticəsində altı nəfər həlak olub, 202 nəfər isə xəsarət alıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
18:32
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) İzmirdə yaralıların sayının 152 olduğunu açıqlayıb.
İndiyə qədər dağıntılar altından 70-dən çox insan xilas edilib. 12 binada axtarış xilasetmə əməliyyatı aparılır.