30 Okt 2020
124 baxış
Manşet / Qarabağ

Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub” - FOTO


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün sosial media hesabında işğal edilmiş torpaqlarımızda qızılın qanunsuz hasilatı ilə məşğul olan Vardan Sermakeslə bağlı yazıb.
H.Hacıyevin paylaşımında deyilir:
“FranckMuller” saatlarının banisi Vardan Sermakes işğal altında olan Kəlbəcərdə və Vecnəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Vecnəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün daha çox fakt olacaq”