30 Okt 2020
102 baxış
Dünya

Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH

Ermənistanın Kollektiv Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının üzvü kimi Rusiyadan özünə siyasi və hərbi dəstək almaq istəyi günü-gündən suya düşür.
Bunu Rusiya prezidenti Vladimir Putinin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasındakı çıxışlarına nəzər yetirdikdə də görmək olar.
Putinin həmin çıxışı bir neçə məqamlara aydınlıq gətirmiş oldu. Əvvəla onu qeyd edək ki, Putin bu çıxışı ilə bir daha Rusiyanın bu münaqişədə bitərəf qaldığını, balanslaşdırılmış siyasət yürütdüyünü göstərdi: “Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür”.