Manşet / Sosial
Moldovanın informasiya portalı Prezident İlham Əliyevin müsahibəsini yayımladı

Moldova mətbuatında Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri dərc edilib. Eyni zamanda Ermənistanın baş naziri ilə bağlı tənqidi məqalə də dərc edilib.
AZƏRTAC xəbər verir ki, "NOİ.md" informasiya portalında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla Azərbaycanda heç bir terrorçunun vuruşmadığı qeyd edilir.
"Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir", - deyə məqalədə dövlət başçımızın fikirləri yer alıb.
Digər bir məqalədə isə Paşinyanın Azərbaycan Silahlı Qüvvələrinin gücü qarşısında geri çəkildiyi, acı məğlubiyyətlər qazandığı geniş təhlil olunub.
Diqqət: Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib
Azərbaycanlı Qafana gedib çəkiliş etdi, ermənilər şokda (VİDEO)
Şəhid xəbəri gələn qazimiz atasının ad günündə zəng etdi - FOTO+VİDEO
Şurnux ordumuzun nəzarətində: Ermənilərə 3 gün vaxt verildi (VİDEO)
Oxşar Xəbərlər:

Qırğızıstanın baş naziri prezident seçkisində iştirak üçün şərt irəli sürüb

Prezidentin köməkçisindən Paşinyanın qalmaqallı açıqlamasına REAKSİYA

İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım - FOTO

Mütəxəssis onlayn satışı qeyri-mümkün olan məhsulların adlarını sadaladı

İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik

Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – MÜSAHİBƏ