22 Okt 2020
63 baxış
Sosial

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb



Oktyabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən Sonxeber.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.