Cəmiyyət
Diqqət: Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər

Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, kart məlumatlar oğurlanmasının qarşısını almaq üçün bu məqamlara diqqət etmək lazımdır:
- Heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirməyin. Bunu sizdən heç bank işçisi də tələb etməz;
- Kartın arxa tərəfində olan CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.
- Kimsə sizə pul göndərirsə, heç bir halda ona CVV kod lazım deyil;
- Telefona gələn 4 rəqəmli OTP kodu kənar şəxslərə bildirməyin. OTP kod göndərilən SMS-də xərcin təyinatı və xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət edin;
- Kart məlumatlarını ələ keçirmək üçün bankların logo və adından istifadə edərək oxşar saytlar yaradılır. Onlayn ödənişlər həyata keçirdikdə daxil olduğunuz sayta diqqətlə baxın. Rəsmi sayt olduğundan əmin olun.
Diqqət: Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib
Azərbaycanlı Qafana gedib çəkiliş etdi, ermənilər şokda (VİDEO)
Şəhid xəbəri gələn qazimiz atasının ad günündə zəng etdi - FOTO+VİDEO
Şurnux ordumuzun nəzarətində: Ermənilərə 3 gün vaxt verildi (VİDEO)
Oxşar Xəbərlər:

Yüksək təzyiqlə bağlı faydalı qidalar və bitkilər

SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO

İmmunitet sistemi necə gücləndirilir?

Panik atak keçirən birinə kömək etməyin 7 yolu

SMS icazə sistemi yenidən tətbiq edilə bilərmi? - Açıqlama

WhatsApp"da pulköçürmə sistemi - Mesaj göndərmək kimi asan