Manşet / Kriminal
Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib

Ölkəmizdə yaradılmış azad bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib. Nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40000 (qırx min) ABŞ dollarını 69900 (altmış doqquz min doqquz yüz) manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.Qeyd edək ki, saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.
Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.
Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.
Diqqət: Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib
Azərbaycanlı Qafana gedib çəkiliş etdi, ermənilər şokda (VİDEO)
Şəhid xəbəri gələn qazimiz atasının ad günündə zəng etdi - FOTO+VİDEO
Şurnux ordumuzun nəzarətində: Ermənilərə 3 gün vaxt verildi (VİDEO)
Oxşar Xəbərlər:

SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO

Goranboyda polislərə müqavimət göstərən şəxs tutulub

Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı

Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb

Beyləqanda postda saxlanılan avtomobildən odlu silah tapıldı

Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib