27 Dek 2020
226 baxış
Manşet / Səhiyyə

Alim: “Mutasiya əslində koronavirusun zəifləməsinə gətirib çıxarır”


"Yeni növ koronavirusun mutasiyaları uzunmüddətli perspektivdə onun zəifləməsinə gətirib çıxarır".
Musavat.com azxeber.com-a istinadən bildirir ki, bunu koronavirusun mutasiyalarını təhlil edən beynəlxalq alimlər qrupuna rəhbərlik edən Roma Biotibbi Universitetinin Epidemioloji statistika şöbəsinin müdiri Massimo Çikkotsi "La Stampa" qəzetinə açıqlamasında deyib.
Bildirilib ki, təkcə İtaliyada koronavirusun 13 mutasiyası qeydə alınıb. Onlar yoluxmanın artmasına səbəb ola bilər, lakin patogenliyə təsir etmir.
"Ştamma görə yoluxma dərəcəsi dəyişsə də, bu günə qədər onun orqanizmin daxilindəki davranışında və ötürülmə üslubunda fərqlilik müşahidə olunmayıb. Hər bir mutasiya immunitet sistemi tərəfindən diktə edilir. Başqa sözlə, virus orqanizmə uyğunlaşaraq antikorları aldatmağa çalışır, amma virus nə qədər çox mutasiyaya uğrayırsa, bir o qədər sürətlə gücünü itirir və nəticədə yox olur. Bunun üçün yalnız vaxt lazımdır, amma nə qədər vaxt, bax, bunu bilmirik", - mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, mutasiya, o cümlədən "Britaniya" ştammı peyvəndlərin effektivliyinə təsir etmir.