18 Dek 2020
257 baxış
Manşet / Qarabağ

Qafanda sərhədimiz bərpa olunur: ermənilər yollara tökülüşdülər - VİDEO - FOTO

Bunu Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan deyib.
V.Harutyunyan bu gün Ermənistanın Sünik (Zəngəzur) bölgəsində yerli hərbi korpusun komandiri, vilayətin qubernatoru və sərhəd qoşunlarının regional komandiri ilə təcili toplantı keçirib.
Toplantıda V.Harutyan sərhəddə yeni postlar və mövqelərin yaradılması barədə göstəriş verib.
Bu arada Ermənilər Qafan ətrafındakı yüksəklikləri boşaltmağa başlayıb. SSRİ dövründəki sərhədlərə əsasən, bu yüksəkliklər Azərbaycan sərhədinə daxildir. Sabah 17:00-dək orada olan ermənilər ərazini boşaldacaq və həmin yüksəkliklər bizim nəzarətimizə keçəcək. Beləcə, Zəngəzur mahalında bütün Qafan ərazisinə ən yüksəkdən nəzarət bizdə olacaq.
Baş verənlərdən narahat olan ermənilər Qafana yola çıxaraq hərəkəti bağlayıblar.
Qafanın qubernatoru Melikset Poqosyan etiraz aksiyası keçirənləri sakitləşdirməyə çalışsa da, bir nəticə hasil olmayıb.
Yolu bağlayan ermənilərin dediklərinə görə, Ermənistan-Azərbaycan dövlət sərhəddinin sovet dönəminə uyğun delimitasiyasından sonra sərhədlə Qafan şəhəri arasında məsafə cəmi 1 kilometr olacaq. Üstəlik, şəhər ətrafındakı hakim yüksəkliklər Azərbaycanın nəzəratinə keçəcək.
Qafan şəhərinin meri Gevork Parsyan aksiya iştirakçılarını dəstəkləyib.

"Onlar düz edirlər. Görün, biabırçılıq nə yerdədir ki, sərhəddəki postlarda sərhədçilər yox, qafanlılardan ibarət könüllülərin dəstələri dururlar. Camaat yolu da təhlükəsizliyin təminatını istəyərək kəsiblər. Onlar deyirlər ki, sovet dönəmindəki sərhədlərə doğru geri çəkilək. Bu, düz deyil", - G.Parsyan deyib.
O daha sonra bildirib ki, yeni sərhəd Qafan aeroportunun 200 metrlik məsafəsindən keçəcək.
Reallıq ermənilərin təqdim etdiyi "mənzərə"dən tam fərqlidir.
Dağlıq Qarabağ və ətraf rayonların işğalından sonra Ermənistanın sərhədlərinin qərb hissəsinin Azərbaycanla təmasdakı xətləri, yəni Kəlbəcər, Laçın və Zəngilan rayonlarındakı sərhəd ləğv olunmuşdu. Dağlıq Qarabağdakı terrorçu xunta ilə Ermənistan arasında, ümumiyyətlə, sərhəd yox idi.
Sentyabrın 27-də Qarabağda Vətən Müharibəsi başlananda isə ermənilər Zəngilan rayonunda, Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında, Azərbaycan ərazilərində "sərhəd postları və mövqeləri" yaratmışdılar.
İndi həmin mövqelərlə postlar sökülür, ermənilərdən Ermənistan ərazisinə çəkilmələri tələb olunur.
Hər şey qanunidir və Azərbaycanın tələbləri də beynəlxalq hüquq çərçivəsindədir.
Ermənilər istəsələr də, istəməsələr də bu tələblərə riayət etməlidirlər.
Qeydsiz və şərtsiz.
Elçin Alıoğlu
 Menbe.Milli.Az