21 Okt 2020
74 baxış
Region

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100-ü ötdü


Ermənistanda daha 1 234 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 66 694-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 101-ə çatıb. İndiyədək 48 734 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 16 541 aktiv koronavirus xəstəsi var.