09 Dek 2020
89 baxış
Səhiyyə

ABŞ-da azərbaycanlı ailə koronavirusdan vəfat edib

Kaliforniyanın Los Anceles şəhərində bir azərbaycanlı ailənin dörd üzvü koronavirüsdan (COVID-19) ölüb.
 Day.Az-a istinadən bildiririk ki, Əliyevlər ailəsinin başçısı, 1964-cü il təvəllüdlü Kamil Əliağa oğlu, həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Svetlana Yuryevna, ailənin uşaqları 1999-cu il təvəllüdlü Roma Kamil oğlu və 2001-ci il təvəllüdlü Əliyev David Kamil oğlu bu yaxınlarda koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Güclü müalicəyə baxmayaraq, onlar ötən həftənin fərqli günlərində vəfat ediblər. Eyni gündə iki ailə üzvü - ana və böyük övlad ölüb. Uşaqların böyüyü Roma Əliyev anadangəlmə astmadan əziyyət çəkirdi.
Ailənin yalnız bir üzvü sağ qalıb - 2004-cü il təvəllüdlü Əliyeva Əminə Kamil qızı.
Ölənlər xüsusi qaydada dəfn edilib.