08 Dek 2020
159 baxış
Manşet / Cəmiyyət

Koronavirusla bağlı SON STATİSTİKA


Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 154 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1 713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 nəfərdir.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 321, ötən müddət ərzində isə ümumilikdə 1 865 512 test aparılıb.