Manşet
Füzuli rayonu ərazisində mülki şəxslər minaya düşərək həlak olublar

Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Diqqət: Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
Daxili İşlər Nazirliyi Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçirib
Azərbaycanlı Qafana gedib çəkiliş etdi, ermənilər şokda (VİDEO)
Şəhid xəbəri gələn qazimiz atasının ad günündə zəng etdi - FOTO+VİDEO
Şurnux ordumuzun nəzarətində: Ermənilərə 3 gün vaxt verildi (VİDEO)
Oxşar Xəbərlər:

Goranboyda polislərə müqavimət göstərən şəxs tutulub

Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ

Bərdəyə raket hücumu: 19 ölü, 60-dan çox yaralı - YENİLƏNİB + RƏSMİ

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı

Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü

Ağcabədidə kişi qardaşı oğlunu güllələdi