28 Noy 2020
55 baxış
Manşet

Türk əsgəri tezliklə Azərbaycana gələcək – Fuad Oqtay


Yaxın zamanlarda Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın haqq və mənfəətlərini qorumaq üçün Azərbaycandakı vəzifələrinin başına keçəcəklər.
Sosialxeber.info Axar.az-a istinaden xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Fuad Oqtay deyib.
“Qarabağdan işğalçı Ermənistanın çıxarılması Türkiyə-Azərbaycan qardaşlığının gücünü yenə meydanda bütün dünyaya göstərdi. 30 ildir Qarabağda davam edən Ermənistan zülmünə səssiz qalmadıq. Bəzi ölkələr kor və kar olmağı seçərkən, biz Ermənistanın mülki vətəndaşları, şəhərləri bombalamasına səssiz qalmadıq, bütün imkanlarla qardaş Azərbaycanın yanında olduq”, – deyə o bildirib.