23 Noy 2020
197 baxış
Dünya

İran yeni tankını sınaqdan keçirir


İranın yeni istehsalı olan "Kərrar” tankı son sınaqlardan sonra quru qoşunlarının istismarına veriləcək.

Bunu İranın ordusunun quru qoşunlarının komandanı, general Kiyamsər Heydəri bildirib. O qeyd edib ki, son sınaqdan sonra bu hərbi texnikanın kütləvi istehsalına başlanacaq və ordu müasir tanklarla yerli istehsal hesabına təmin ediləcək.

"Kərrar” tankı barədə məlumat ictimaiyyətə ilk dəfə 2017-ci ildə verilib. Həmin dövrdə İranın müdafiə naziri Hüseyn Dehqan bildirmişdi ki, yeni tank müasir texnologiyaya əsasən optik-elektron sistem, hədəfi vurmaq üçün lazer məsafəölçənlə təchiz olunub. Tank gecə vaxtı hərəkət edən və etməyən hədəfləri aşkarlamaq və məhv etmək imkanına malikdir. (AZƏRTAC)