21 Noy 2020
81 baxış
Manşet

TÜRKİYE ƏSGƏRİ AZƏRBAYCANA GƏLİR! - “Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”


“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.
APA-nın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.
“Azərbaycanlı qardaşlarımızın haqlarını və mənafelərinin qorunması üçün nə lazımdırsa, etdik”-deyə, Hulusi Akar bildiriib.
Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələri böyük əzm göstərərək 30 ildir, Ermənistanın işğalında olan torpaqlarını azad edib: “Qarabağla bağlı imzalanan müqaviləyə əsasən, Rusiya ilə görüşlərimiz davam edir. Azərbaycanlı qardaşlarımızın haqlarının və mənafelərinin qorunması üçün nə lazımdırsa, etmişik və edirik”.