18 Noy 2020
37 baxış
Maraqlı

QIRMIZI DUYUNUN FAYDALARI


Qırmızı düyü qanda şəkərin və xolesterinin normallaşmasına kömək edir.
Sosialxeber.info AZƏRTAC-a istinadən bildirir ki, qırmızı maya düyü bağırsağın fəaliyyətinə təsir etməklə xolesterini normallaşdırır.
Glisemik indeksə malik olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, xolesterinin qana keçməsinə maneçilik törədən sellüloz vasitəsilə orqanizmi şlaklardan təmizləyir. Bu o deməkdir ki, qırmızı düyü qanda şəkərin səviyyəsinin tez-tez qalxıb düşməsinə imkan vermir.
Bundan əlavə, qırmızı düyü aclığı tez yatırır, uzunmüddətli toxluq hissini qoruyur və diabet xəstələrində problemlər yaradan çəki artımının qarşısını alır.
O cümlədən, qırmızı maya düyü artıq mayenin xaric olunmasına kömək etməklə yanaşı, tərkibində olan dəmir vasitəsilə orqanizmdə anemiyanın inkişaf riskini azaldır.