18 Noy 2020
77 baxış
Manşet

Qarabağda yaradılan müşahidə postlarının yerini dəqiqləşdirildi


Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişə bölgəsindəki müşahidə postlarının mövqelərində yerdəyişmə ediblər.
Sosialxeber.info Oxu.az-a istinadən xəbər verir ki, hərbçilərin yerləşməsi barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov danışıb.
"Vəziyyətin 24 saat monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət sülhməramlı bölmələr tərəfindən 23 müşahidə postunda həyata keçirilir. "Şimal" məsuliyyət bölgəsində 11, "Cənub"da 12 müşahidə postu yaradılıb", - deyə İ.Konaşenkov bildirib.
Qeyd edək ki, daha əvvəl 25 - "Şimal" və "Cənub" məsuliyət zonalarında doqquz, Laçın dəhlizində isə yeddi müvəqqəti post yaradılmışdı.