16 Noy 2020
123 baxış
Dünya

Ermənistan prezidenti Sarkisyan BƏƏ-də Azərbaycanla atəşkəsi müzakirə edib



Ermənistan prezidenti Sarkisyan Birləşmiş Ərəb Əmirliklərində vəliəhd Məhəmməd bin Zayedlə Azərbaycanla atəşkəs barəsinde danisib. BƏƏ rəsmi xəbər agentliyinin (WAM) verdiyi xəbərə görə, bu ölkədə rəsmi səfərdə olan Sarkisyan vəliəhd Məhəmməd bin Zayed ilə görüşdü. İclasda iki ölkə arasındakı əlaqələrin inkişafı, regional məsələlər və Orta Asiya və Qafqazdakı inkişaflar müzakirə edildi. Bin Zayed ölkəsinin Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını dəstəklədiyini və bu sazişin qalıcı və sabit sülhün təmin olunmasına və münaqişələrin səhifəsinin bağlanmasına doğru bir addım olacağını dilə gətirdi.
Ermənistan ordusunun mülki yaşayış məskənlərinə hücumundan sonra sentyabrın 27-də hərəkətə keçən Azərbaycan ordusu, qısa müddətdə işğal altındakı Qarabağ bölgəsinin bir çox şəhərini ermənilərdən geri almağı bacardı. Nəhayət, 9 noyabrda Rusiya Prezidenti Vladimir Putin iki tərəf arasında atəşkəs elan etdi.//istinad:Anadolu ajansi