14 Noy 2020
95 baxış
Manşet / Qarabağ

Faşizmdən betər "ermənizm" - VİDEO

Kəlbəcəri tərk edən ermənilər ağacları kəsərək yük maşını ilə Ermənistana daşıyırlar.
Bu barədə xəbərlər erməni mətbuatında yer alıb. Bu isə onu göstərir ki, ermənilər Qarabağı tərk etdikdə də özlərinin faşizm xislətini büruzə verirlər. Onlar hətta ekoloji terror törətməkdən də çəkinmirlər.
Millət vəkili Cavid Osmanov deyib ki, dünya ictimaiyyəti bunlara göz yummamalı və ermənilərə qarşı bəyanatlar qəbul etməlidirlər. Burada insan haqları tapdalanır. Çünki onlar yaşayış məntəqələrini tərk edərkən evləri də yandırırlar. Halbuki sonradan məskunlaşdırıldıqları o evlər vaxtilə həmin yerlərdən didərgin düşmüş azərbaycanlılara məxsusdur.
Müharibə zamanı uşaqlardan döyüş meydanında istifadə edən ermənilər onların beyinlərini də yumaqla məşğuldurlar. Erməni uşaqlara azərbaycanlılara qarşı nifrət aşılanır. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər özlərindən sonra "biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün", "biz sizə yaşamağa imkan verməyəcəyik" kimi aqressiv ismarışlar qoyublar. Bu haqda fotoşəkilləri sosial şəbəkələrdəki erməni səhifələri paylaşıb.
Beynəlxlaq konvensiyalar, qanunlar və prinsiplərdə uşaqların bu cür məsələlərdən kənarda tutulmalı olduğu qeyd edilib. Ermənilər isə bu hərəkətləri ilə həm uşaqları alovun içərisinə atır, həm də beynəlxalq aləm üçün təhdid yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: