11 Noy 2020
23 baxış
Kriminal

Saatlıda ər arvadını öldürüb


Saatlıda arvadını qətlə yetirən kişi tutulub.    

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqlayaraq qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.