10 Noy 2020
579 baxış
Manşet / Dünya

V.Putin bəyanata münasibət bildirdi.


''Mən çox ümid edirəm ki, birgə bəyanatımızda şərh edilmiş qərar bu torpaqlarda qan tökülməsinə son qoyacaq''. Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın kapitulyasiyası ilə bağlı bəyanatın imzalanması zamanı bildirib. Ölkə başçısı İlham Əliyev isə bu bəyanatla Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu bildirib.


Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin videokonfrans formatındakı keçirdikləri görüş çərçivəsində üçtərəfli bəyanat imzalanıb. Görüşdə çıxış edən Vladimir Putin Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı bu bəyanatın çoxillik qarşıdurmaya son qoyacağına ümid etdiyini bildirib.


Prezident İlham Əliyev isə bu bəyanatın regionda uzunmüddətli sülhü bərqarar edəcəyini bildirib.


Ölkə başçısı bu bəyanatın BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrası baxımından, həmçinin torpaqları çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyib. Ölkə başçısı bu münaqişənin həllindəki fəal roluna görə Rusiya və Türkiyəyə təşəkkürünü bildirib.


Rusiya Prezidenti onu da bildirib ki, bu bəyanat həm Azərbaycan, həm də erməni xalqlarının xeyrinədir və Rusiya əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər və imzaladınmış bəyanatın hamısı icra olunsun.