07 Noy 2020
112 baxış
Qarabağ

Qanı ilə şərəf tariximizi yazan atanın son sözləri: “Məni vursalar, özünü itirmə!”



Əynində hərbi geyim, sağında və solunda iki oğlu olan qürurlu ata fotosu, yəqin ki, hamının yadındadır.
Müşfiq Abbasov Vətən Müharibəsinin hələ ilk günlərində iki övladı Şamil və İntiqamla cəbhəyə yollanıb.
Müşfiq Abbasov hələ Birinci Qarabağ Müharibəsində, gənc yaşlarında qardaşları ilə birlikdə ermənilərə qan uddurub.
Vətənin qürur tarixinin yazıldığı bu günlərdə isə oğulları ilə birlikdə düşmənin canına qorxu salıb.
Şamil Abbasovun sözlərinə görə, kiçik yaşlarından silahla oynayıb:
“Mənə güllə atmağı atam öyrətdi. Atam sanki illərdir bizə təlim keçirdi. Və məqamı gəldi, götürüb apardı”.
Ş.Abbasov bildirib ki, atası bu günləri illərlə gözləyib:
“Vətəni, torpağı sevməyi, ona bağlı olmağı bizə atam öyrədib. Atam Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Biz o kəndi görməsək də, atam oranı bizə çox sevdirib. Müharibə başlayandan sonra atam, biz və əmim könüllü cəbhəyə yollandıq. Son sözləri belə oldu: “Məni vursalar, özünü itirmə!